KepezTV Player
ARB Kəpəz televiziyasının ərsəyə gətirdiyi, kifayət qədər böyük tamaşaçı kütləsi olan “Zirvə” bilik yarışının finalı baş tutub. Bu mövsüm birincilik uğrunda mübarizə Gəncə və Gədəbəy məktəbliləri arasında aparılıb. Samux rayonu 3 nömrəli məktəb isə 3-cü yerlə kifayətlənib. Mövsümün surpriz komandası Gədəbəyin “Zəhmətkənd” məktəbi olub. Finala qədər yüksələn komanda son mərhələdə Gəncənin 39 nömrəli məktəbinə uduzub. Beləliklə Gəncə təmsilçiləri layihə tarixi ərzində ilk dəfə qalibiyyətin sevincini yaşayıb. “Zirvə” bilik yarışı artıq 5-ci ildir ki, yayımlanır. Layihənin şərtlərinə əsasən, seçim ilkin mərhələdə qərb bölgəsinin 100-ə yaxın məktəbi arasında aparılır.
- Baxış: 1217