• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1910
— 11.06.2018 19:50

Qəzalar ölüm və xəsarətlə nəticələndi

KepezTV Player

Sumqayıt şəhərində gənc oğlanı avtomobil vuraraq öldürüb. Hadisə Bakı-Quba magistralının şəhərin Hacı Zeynalabdin qəsəbəsi ərazisindən keçən hissəsində Xızı sakini, 25 yaşlı Aydın Şıxnəbiyev yolu keçmək istəyərkən baş verib. O, hadisə yerində dünyasını dəyişib. Gədəbəydə ağır yol qəzası baş verib. Hadisə rayonun Düzyurd kəndində qeydə alınıb. "Jiquli" markalı avtomobillə "Niva" markalı maşının toqquşması nəticəsində 4 nəfər yaralanıb. Şəmkir rayon sakini Zamin Əşrəfli, Gədəbəy rayon sakinləri Afiq Cəfərov və İslam Musayev Gəncə şəhər təcili tibbi Yardım xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər. Digər xəstə isə özəl xəstəxanalardan birinə aparılıb.

Yevlax rayonunda da ağır yol-nəqliyyat hadisəsi baş verib. 24 yaşlı Rəhim Niftəliyev "VAZ-2109" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və maşın qarşı tərəfdən gələn, "VAZ-2107" ilə toqquşub. Nəticədə ağır bədən xəsarətləri alan Rəhim Niftəliyev Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisə zamanı avtomobildə olan 19 yaşlı Leyla Niftalıyeva və Elnarə Abbasova Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına aparılıblar. 7 aylıq hamilə olan Leyla Niftəliyeva ginekologiya şöbəsində müayinə olunaraq tibbi yardım aldıqdan evə buraxılıb. Abbasovanın müalicəsi isə xəstəxana şəraitində davam edir. Faktlarla bağlı araşdırma aparılır.

 

Xaliq Qurbanlı