• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1692
— 10.06.2018 20:48

Qərb bölgəsində 7 min hektar sahədə mərakeş çəyirtgələrinə qarşı mübarizə aparılıb

Qərb bölgəsində sürü halında yaşayan Mərakeş çəyirtkəsinə qarşı başlayan kimyəvi mübarizə tədbirləri davam etdirilir. Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Bitki Mühafizə Mərkəzinin əməkdaşları bu dəfə Ağstafa rayonun dağlıq ərazilərində və Çeyrançöl hissəsində fitosanitar tədbirlər aparıb.

Qərb bölgəsində mərakeş və italya çəyirtgələrinin artıb çoxalması üçün münbit şəraitin olması bölgədə hər il bu zərəvericilərə qarşı mübarizə tədbirlərinin aparılmasını labüd edir.  Bu məqsədlə Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Bitki Mühafizə Mərkəzi Ağstafa rayonun dağlıq hissəsini 2 min hektara yaxın sirayətlənmiş ərazisində kimyəvi mübarizə tədbirləri aparıb. Kəndlərə və əkin sahələrinə yaxın yerlərdə aşkar olunan zərəvericilərin təhlükəliliyi minumuma endirilib.

Knyza Mehbalıyev – fermer: “Baş verəbiləcək ziyanlığın qarşısı vaxtında aldılar.Keçən ildə belə oldu. Şükür ki, təsərrüfatımıza heç bir zərər dəymədi”

Bu günə kimi qərb bölgəsində qurum tərəfindən 7 min hektar ərazinin çəyirtgələrlə sirayətlənməsi aşkar olunub. Zərəvericilərin ən çox miqrasiya etdiyi ərazis isə Çeyrançöl və kürqırağı sahələrdir.

Camal Quliyev - Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi: “Gürcüstan respublikasını Siqnaki və Gerorqi rayonundan bizim Çeyrançöl ərazisinə kütləvi şəkildə mərkaeş və italya çəyirtgələrini miqrasiyası baş veribdir. Döblət xidməti həmin ərazidə təxirəsalınmaz tədbirlər aparıb 2 min hektarda. Eyni zamanda Dövlət Sərhəd Xidmətinə müraciət olunaraq sərhədin neytral ərazisində monitorinqlərin və ehtiyac olarsa mübarizə tədbirlərin aparılması üçün icazə alındı. Monitorinqlərin nəticə olaraq çəyirtgələrin hamısını Azərbaycan ərazisinə miqrasiya etdiyi məlum oldu və mübarizə tədbirləri nəticəsində əkin sahələrinə gəmiricilərin keçməsini qarşısı alındı”

250 kilometr məsafəni uça bilən, bir neçə saat ərzində isə əkin sahəsini yararsız hala salan zərəvericilər kənd təsərrüfatı bitkiləri üçün əls təhlükə mənbəyi hesab olunur. Bu günə kimi qurum tərəfindən ümumilikdə respublika  üzrə 35 min hektarda mərakeş və italya çəyirtgələrinə qarşı mübarizə tədbirləri aparılıb və proses davam etməkdədir.  

 

Xaliq Qurbanlı