KepezTV Player
Ötən il olduğu kimi, bu il də ümumtəhsil məktəblərində son zəng tədbiri xüsusi qaydada təşkil olunacaq. Təhsil nazirinin əmrinə əsasən bu ilki buraxılış tədbirləri də məktəb daxilində təşkil olunacaq. Bunun üçün müvafiq təhsil qurumları tərəfindən bütün məktəblərə tədbirin mütəşəkkil təşkili üçün xüsusi yerlərin ayrılması ilə bağlı göstərişlər verilib. Son zəng tədbiri bütün məktəblər üzrə 14 İyun tarixində saat 10-da başlayacaq və 2 saat müddətinə davam edəcək. Gəncə şəhər təhsil idarəsinin tabeliyində olan 46 məktəb üzrə 2300 şagird üçün bu il son zəng çalınacaq.
- Baxış: 721