• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1982
— 08.06.2018 14:23

Gəncə Musiqi Kollecinin tələbələri hesabat konserti ilə çıxış ediblər

KepezTV Player

Şəhər ictimaiyyətinin nümayəndələri təxminən 1 saat ərzində bir-birini əvəzləyən musiqi nömrələrini izləyiblər. Gəncə Dövlət Filarmoniyasının “Kamera” zalında baş tutan konsertdə fərqli janrda olan musiqilər müəllimlərin müşayiəti ilə səsləndirilib. Tələbələrin ifasında Azərbaycanın xalq və bəstəkar mahnıları, muğamlarımızdan parçalar, o cümlədən dünya şöhrətli bəstəkarların əsərləri özünəməxsus formada təqdim olunub. Tamaşaçılara həm qrup, həm də solo şəklində çatdırılan ifalar alqışlarla müşayət olunub. Gəncə Musiqi Kollecinin xor kollektivinin ifası isə xüsusi maraqla qarşılanıb.