İftar süfrəsi müqəddəs “Qurani-Kərim”dən ayələrin oxunması ilə başlayıb. Ölkəmizə əmin-amanlıq və sülh arzulanıb, torpaqlarımızın bütövlüyü uğrunda şəhid olanların ruhuna dualar oxunub. Günün duası ilə möminlər öz oruclarını açıblar. İftar süfrəsi ətrafında on bir ayın sultanı olan Ramazanın fəzilətlərindən danışılıb, bu ayda görülməsi vacib sayılan xeyirxah əməllərdən, savab işlərdən söz açılıb. Ruzi-bərəkət, həmrəylik, dostluq, qardaşlıq, sevgi və mərhəmət ayı hesab olunan Ramazanın digər müsəlman ölkələrində olduğu kimi Azərbaycanda da qeyd edildiyi vurğulanıb. Azərbaycanda bu gün birlik və sabitliyin hökm sürdüyünə, dini məbədlərin təmir və bərpasına, islami və milli-mənəvi dəyərlərin qorunmasına, Azərbaycanın dünya ölkələri üçün tolerantlıq nümunəsi olduğunu diqqət çəkilib.
- Baxış: 1095