• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1525
— 08.06.2018 13:04

Mikroavtobus aşdı, yaralılar var

KepezTV Player

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə yolun 176-cı kilometrliyində, Şamaxı rayonunun Mirikənd kəndi ərazisində baş verib. Şəkidən Bakı istiqamətində hərəkət edən sərnişinlə dolu "Ford" markalı mikroavtobus Mirikənd kəndi ərazisində idarəetmənin itirilməsi nəticəsində Bakıdan Ağsu istiqamətində hərəkət edən "Mercedes - E klas" markalı avtomobilin üzərinə aşıb. Qəza nəticəsində "Mercedes"də olan 3 sərnişin, "Ford" markalı mikroavtobusda olan 10-a yaxın sərnişin Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralıların vəziyyətinin orta ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.