• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3127
— 08.06.2018 12:53

Diqqətsizlik edən qızı qatar vurdu

KepezTV Player

Abşeron rayonunda yol nəqliyyat hadisəsi baş verib. Piyadanın diqqətsizliyi nəticəsində baş verən qəza Xırdalan şəhərində qeydə alınıb. Qatar dəmir yolunun kənarı ilə gedən 26 yaşlı Aytən Yaqubovanı vurub. Xəsarətlər alan piyada ətrafdakıların köməkliyi ilə xəstəxanaya çatdırılıb. Xəstəxanadan onun həyatı üçün təhlükə olmadığını bildiriblər. Baş verən qəza ilə əlaqədar Xətt polisində cinayət işi başlanılıb. Araşdırmalar aparılır.