• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1964
— 08.06.2018 11:03

Brabham 1,3 milyon dollarlıq yarış superkarı hazırladı

Formula-1 yarışlarının 3 qat qalibi Cek Brebəmin oğluna məxsus olan Brabham Automotive şirkəti BT62 adlı superkar nümayiş etdirib. Yenilik yalnız yarış üçüdür və ondan cəmi 70 ədəd buraxılacaq. Hər birinin qiyməti təqribən 1,3 milyon dollar təşkil edir. Karbon lif materiallı kuzova malik maşın 5,4 litrlik 710 at gücü yığan motorla şütüyür. Atmosfer mühərrik 6 pilləli ardıcıl Holinger sürət qutusu ilə birləşir. Avtomobilin çəkisi 972 kiloqramdır. Aqressiv aerodinamikaya ön splitter, diffuzor və kütləvi arxa antiqanad daxildir. Brabham BT62 superkarının sifarişləri artıq qəbul olunmağa başlayıb.