• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1685
— 08.06.2018 11:02

Asus iki ekranlı noutbuk təqdim etdi

 

Taybeydə keçirilən Computex sərgisində Asus şirkəti iki sensorlu ekranı olan noutbuk təqdim edib. Onun ənənəvi klaviaturası və taçpədi yoxdur. Project Precog cihazı bir-birilə birləşən planşetə bənzəyir. Adi noutbuk kimi də istifadə edilə bilən aparatın klavişləri aşağı ekranda virtual şəkildə qurulub. Project Precog süni intellekt elementlərini dəstəkləyir. Bu da sahibinin davranışını analiz etməyə və ona uyğun quruluş yaratmağa imkan verir. Yaradıcılara görə, Project Precog sadəcə qeyri-adi noutbuk prototipi deyil. Şirkət yeni məhsulunu 2019-cu ildə bazara çıxarmaq niyyətindədir.