KepezTV Player
Paytaxtın Qaradağ rayonu ərazisindəki ticarət mərkəzində işləyən Qurban Qurbanov ərazi üzrə 10-cu polis bölməsinə şikayət edərək, yataq dəstləri satılan mağazasından oğurluq edildiyini bildirib. İddiaya əsasən, özlərini Birləşmiş Ərəb Əmirliyinin vətəndaşları kimi təqdim edən şəxslər kassadan 1200 manat pul götürüblər. Mağazanın təhlükəsizlik kamerasına baxış zamanı polis həqiqətən də iki nəfərin satıcı ilə danışdığını əks etdirən görüntüləri görüb. Xanım işçiyə yaxınlaşan şəxslər yataq dəsti almaq istədiklərini deyiblər. Kadrlardan aydın olur ki, onlardan biri satıcının fikrini yayındırıb, digəri isə fürsətdən istifadə edərək, kassada olan pulları götürüb və aradan çıxıb. Hüquq mühafizə orqanı əməkdaşları faktı araşdırırlar.
- Baxış: 912