• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 827
— 07.06.2018 16:27

Gəncədə kənd təsərrüfatı ixtisasını seçənlərə əlavə təqaüd veriləcək

KepezTV Player

Kənd təsərrüfatı yönümlü ixtisasları seçən abituriyentlərə 200 manat əlavə təqaüd veriləcək. Azərbaycan Dövlət Aqrar Universitetinin dövlət sifarişli olan ixtisaslara qəbul olanlar eləcə də müasir standartlara cavab verən yataqxana ilə də təmin ediləcək. Universitetdə 500-dən yuxarı bal toplayan tələbələrlə görüşdə aqrar sahənin inkişafı və bunun üçün bazar rəqabətli, innovativ, müasir düşüncə tərzinə malik kadr bazasının yaradılması üçün ali məktəbdə hər bir şəraitin yaradıldığına diqqət çəkilib. Bu il tələbə adını qazanan 300-ə yaxın gəncin iştirak etdiyi görüşdə maddi-texniki bazası yenidən qurulan Aqrar Universitetin iki tələbə evinin gənclərin istifadəsinə veriliməsindən, müasir laboratoriyalar və avadanlıqlarla təchiz olunmasından danışılıb.