• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2335
— 07.06.2018 16:27

Sakinlər zəlzələ zamanı nə etməlidir?

KepezTV Player

Nazim Əliyev mülki müdafiə üzrə mütəxəssis: Bina evlərində olan yüksəkmərtəbəli çölə çıxmaq çətin olduğuna görə, çatdırmaq çətindir yuxarı mərtəbədən həyətə düşmək. Qapı yerlərində, pəncərə yerlərində durmaq daha yaxşıdır. Həyət evlərində isə dəmir beton konstruksiyalardan, yəni dam örtüyünün dəmir beton piltələrindən az istifadə olunduğundan ancaq orda tirlərdir, bunlar da o qədər ağır deyil. Çıxa bilmədiyiniz halda, qapı yaxud pəncərə yerində adam dura bilər.

Süleyman Abbasov mühəndis: Hazırda tikilmiş binalar, statis hesabat əsasında layihə işlıyirlər. Armaturlaşması, betonu, hər bir şeyi nəzərə alınır orda və sonrada FHN-in ekspertizasından keçirilir. Ancaq o, fərdi binalarda problemlər çoxdur.

Süleyman Abbasov mühəndis: Binanın mərtəbəsinin o qədər də böyük əhəmiyyəti yoxdur. Əgər tikinti düzgün gedibsə. Hesabat düzgün aparılıbsa, yəni orda bir əhəmiyyət yoxdur. 5 mərtəbəli binada da həmin proseslər olur, 12 mərtəbəli binada da. Yəni 12 mərtəbəli bina başqa cür statistik hesabat aparır, deyək ki, 5 mərtəbəli bina başqa cür. Yüklərin paylaşması, düşməsi bunlar hamısı hesablanır.

Zəlzələ təbiətin ən dəhşətli fəlakətlərindəndir. Nə qədər hazırlaşsaq da, bu barədə nə qədər çox biliklərimiz olsa da  yeraltı təkanlar zamanı emosiyalar, qorxu, həyacan hissi insanın özünü tam toplamasına mane olur. Buna baxmayaraq hazırlaşmaq, maariflənmək lazımdır. Çünki bu bizə həm də psixoloji cəhətdən yardım edə bilər.