• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1490
— 07.06.2018 14:26

Şəmkirin Qaracəmirli kəndində tərbiyyə müəssisəsinin açılışı olub

KepezTV Player

Şəmkirin Qaracəmirli kəndində körpələr evi uşaq bağçası üçün yeni bina istifadəyə verilib. Bağça binası bu il rayonda müasirləşən sayca üçüncü tərbiyyə ocağıdır. Buna qədər Şəmkir şəhər 3 saylı və Dəllər-Cırdaxan kənd uşaq bağçaları yenilənib. Şəmkir şəhər 8 saylı və Kür qəsəbəsindəki uşaq bağçalarında bu istiqamətdə işlər davam etdirilir. Bundan başqa Şəmkir şəhər 3 saylı tərbiyyə müəssisəsi üçün əlavə korpusun inşası da nəzərdə tutulub. Hazırda rayonda 54 uşaq bağçası körpələr evi fəaliyyət göstərir. Qaracəmirli kəndindəki bağçada 2 qrupda 70 uşaq üçün məşğələlərin günün tələbləri səviyyəsində aparılması məqsədilə monitorlar quraşdırılıb. Kənd sakinlərinin təklifi ilə bağça üçün əlavə tədris korpusunun inşası da qərara alınıb.

Müşafərim Xasıyeva bağça müdiri: Bayaq uşaqlarda işçilərdə və valideynlərdə həvəs yox idi. İndi bizə belə bir bina tikiblər. İndi hamımızın sevincini həddi hüdüdü yoxdur. Bundan sonra çalışcağıq ki uşaqlara yaxşı bilik verək. Əlimizdən gələni əsirgəməyək.

Natiq Hüseyn