• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1823
— 07.06.2018 14:06

Maşın at arabası ilə toqquşdu

KepezTV Player

Cəlilabad rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Hadisə rayonun Maşlıq kəndində qeydə alınıb. Belə ki, minik avtomobili at arabasına çırpılıb. Qəza nəticəsində at arabasında olan, rayonun Maşlıq kənd sakini, 61 yaşlı Rafiq Bayramov müxtəlif bədən xəsarətləri alıb. Yaralıya xəstəxanada ilkin tibbi yardım göstərilib. Faktla bağlı araşdırma aparılır.