• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2025
— 06.06.2018 20:26

Çətənə kollarına qulluq edərkən yaxalandı

KepezTV Player

Qax rayonunda narkotik tərkibli bitkilər becərən şəxs saxlanılıb. Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında Tasmalı kənd sakini Ümidvar Yusifovun kəndin ərazisindəki bağ sahəsində əməliyyat-axtarış tədbiri keçirilib.Tədbir zamanı Ümidvar Yusifov çətənə kollarına qulluq edərkən iş başında yaxalanıb. Polis əməkdaşları oradan 310 ədəd narkotik tərkibli kol aşkarlayaraq götürüblər. Saxlanılan şəxs ilkin ifadəsində narkotiki satmaq məqsədilə əkdiyini bildirib.Faktla bağlı Qax RPŞ-də araşdırma aparılır.