• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1259
— 06.06.2018 15:05

Gəncəli tatami ustaları millinin toplanışında iştirak edib

KepezTV Player

Azərbaycan cüdosuna Ramil Qasımov və Mövlud Mirəliyev kimi titullu idmançılar bəxş edən Gəncə cüdo məktəbi onların layiqli davamçılarını  yetişdirməkdədir. Son illər üzdə olan İlkin Babazadə ilə Ayxan Cəfərov belə cüdoçulardandır. Yeniyetmə və gənclərin yarışında göstərdikləri nəticələrlə önə çıxmağı bacaran tatami ustaları artıq əsas milli komandaya da dəvət almağa başlayıblar. Adları çəkilən idmançılar bu günlərdə Göygöldə təlim-məşq toplanışında olan yığmanın tərkibində yer alıblar. 3 həftə ərzində millinin heyətində hazırlıq keçən ikili məşqçilər korpusunun diqqətini cəlb etməyə çalışıb. Onların qarşıdakı beynəlxalq turnirlərdə şans qazanacağı gözlənilir.

Ayxan Cəfərov - Gəncəli cüdoçu – “İdmançılarımız dünya çempionatına hazırlaşır. Biz də mundiala vəsiqə qazanmaq üçün çalışırıq. Gənc olsam da, qabaqda məni böyük yarışlar gözləyir. Çox sevindim ki, bu hazırlıq doğma şəhərim Gəncəyə yaxın yerdə keçirildi. Əziyyət çəkirik, çalırıq. Federasiya da bizim üçün hər cür şərait yaradıb. Bizdən də gözlənilən odur ki, yaxşı məşq edib, medal qazanaq.”

İlkin Babazadə - Gəncəli cüdoçu –“Təlim-məşq toplanışımız yaxşı keçir. Fransız və türk idmançılar, həmçinin millimiz, eləcə də dünya və Avropa çempionları hazırlıqda iştirak edir. Biz də yarışlara hazırlaşırıq. Mən də istəyirəm ki, Azərbaycanda keçiriləcək dünya çempionatına qatılım. Mənim yaxşı rəqiblərim də var. Çalışıram ki, mundialda iştirak edim və mükafatçılar sırasına düşüm.”

 

Orxan Cəfərzadə