Bu günə xəbərlərin oxunma sayı: 1015
— 06.06.2018 14:48

Goranboyda biçin kompaniyasına start verilib

KepezTV Player

Aqrar rayon olan Goranboyda bir neçə gündür ki, biçin kompaniyasına start verilib. Bu günə kimi 1250 hektar sahədən arpa biçilib. Zəmilərdə məhsuldarlıq hər hektardan 31-34 sentner, buğda üçün isə 33-35 sentener praqnozlaşdırılır.

Bu il rayonda 19 min 300 hektar sahədə dənli bitkilərin əkini aparılıb. Bu sahələrdən 7 min 50 hektarı buğda, 12 min 250 hektarı arpadır. Mayın sonlarından start götürən biçin kompaniyasına Aqrolizinq ASC-yə və fiziki şəxslərə məxsus olan 125 kombayın və 350-dən artıq yük maşını, eləcə də özüboşaldan yedəkli traktor cəlb olunur. Uzun illərdir dənli bitkilərin əkib becərilməsini həyata keçirən fermer Müzəffər Verdiyev hava şəraiti ilə əlaqdar olaraq biçinin gecikməsinə baxmayaraq məhsuldarlığın bol olduğu qənaətindədir.

Müzəffər Verdiyev - fermer: 65 hektar ərazidə dənli bitki əkmişik. Onun 35 hektarı apra, yerdə qalanı buğdadır. Hal hazlrda biçini gedişi məhsuldarlığın sahələrdə 30-35 sentner olacağından xəbər verir.

Biçin kompaniyasının növbəlilik əsasında keçirilməsi, məhsulun vaxtında və itkisiz yığılması isə kombayınçıların əsas vəzifələrindən biridir.

Vaqif Böyükkişiyev - kombaynçı: Bizim texnikalarımız hamısı müasir standartlara cavab verən texnikalardır. Gün ərzində 10 hektar sahədə biçin aparırıq. Hansı sahələr tam biçinə hazlırdırsa işləri orada aprırıq. 20 gün ərzində arpa biçini davam edəcəkdir, daha sonra taxıl biçinin həyata keçirəcəyik.

Biçinin optimal müddətdə başa çatdırılması üçün hazırda işlər rayonun aran bölgəsində, bir neçə gündən sonra isə dağətəyi ərazilərdə aparılacaq. Femrlərin texnika sarıdan çatışmazlığının aradan qaldlrılması üçün biçin kompaniyası növbəlilik əsasında aparılır. Bundan başqa sahələrdə təhlükəsizlik tədbirləri də aparılıb.

Yasın Məmmədov - Goranboy RİH-nin baş məsləhətçisi: Baş verəbiləcək yanğın təhlükəsizini aradn qaldlrlması üçün sahələrə 50-dən artıq şum traktoru cəlb olunub. Hazırda biçinlə bağlı heç bir problemimiz yoxdur. Fermerlərin qarşılaşdıqları cətinliklər olarsa onun tez bir zamanda həll olunması üçün rayon icra hakimiyyətində yaradılan qərərgah da mütamadi fəaliyyət göstərir.

Sahələrdən əldə olunan məhsulun böyük hissəsinin satış bazarı kimi Gəncədə fəaliyyət göstərən dəyirmanlar seçilib. Dənli bitkilərin əkib beçərilməsini həyata keçirən fermerlərə dövlət tərəfindən subsidiyaların verilməsi isə sənədləşmə işləri tam yekunlaşdıqdan sonra həyata keçiriləcək.