• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1567
— 06.06.2018 15:14

Azərbaycan Milli QHT Forumunun nümayəndələri Gəncədə Azərbaycan Xalq Cümhuriyyəti muzeyində olublar

KepezTV Player

Muzeydə AXC dövrünü əks etdirən pul vahidləri, poçt markaları, hərbi geyimlər, orden və mükafatlar nümayiş olunub. Nazirlər Kabinetinin rəhbəri, Baş Nazir Fətəli Xan Xoyskinin iş otağı xüsusi ilə maraq doğurub. Daha sonra Azərbaycan Dövlət Aqrar Universitetində AXC-nin yaradılmasının 100 illiyinə həsr edilən tədbir keçirilib. Bir daha vurğulanıb ki, Azərbaycan Xalq Cümhuriyyəti çox şərəfli və mürəkkəb bir yol keçib, müsəlman Şərqində demokratik və ümumbəşəri dəyərlərə söykənən ilk Respublika olub. Azərbaycan xalqı müstəqilliyə çatmaq, bugünkü uğurlara nail olmaq üçün keşməkəşli bir tarixi yol keçib, uzun illər gərgin mübarizə aparmalı olub.