• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1901
— 06.06.2018 13:16

Qaçaqmal mobil telefonlar müsadirə olundu

KepezTV Player

Gürcüstandan Azərbaycana qanunsuz yolla mobil telefonlar keçirilməsinin qarşısı alınıb. Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ-21044" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Yoxlama zamanı, avtomobilin gizli saxlanc yerində 10 ədəd mobil telefon, 60 ədəd "qulaqcıq", 50 ədəd qidalandırıcı və mobil telefon üçün 30 ədəd qutu aşkar edilib. Faktla bağlı araşdırma aparılır.