• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1819
— 06.06.2018 13:18

Qonşusunun evindən 1300 manat oğurlasa da, polisdən qaça bilmədi

KepezTV Player

Paytaxtda qonşusunun evindən pul oğurlayan şəxs saxlanılıb. İyunun 2-də gecə saatlarında Bakı sakini Asəf Nuruşov Koroğlu Rəhimov küçəsində xidmət aparan Nərimanov Rayon Mühafizə İdarəsinin əməkdaşlarına yaxınlaşaraq evinə naməlum şəxsin oğurluq məqsədi ilə daxil olduğunu bildirib və onlardan kömək istəyib. Polislərin çevikliyi nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs uzağa qaça bilməyib. Saxlanılan Sahil Mahmudov ifadəsində zərərçəkənin qonşusu olduğunu və oğurluq məqsədi ilə mənzilə girdiyini etiraf edib. Faktla bağlı araşdırmalar davam etdirilir.

Polislər dərhal adekvat reaksiya göstərərk oğurluq niyyəti ilə evə daxil olmaqda şübhəli bilinən şəxsi saxlayaraq Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə təhvil veriblər. Şöbədə həmin şəxsin Zəngilan rayon sakini Sahil Seyfəddin oğlu Mahmudov olduğu müəyyən edilib. Onun üzərindən mənzildən oğurladığı 1300 manat pul aşkar olunub.