Bu günə xəbərlərin oxunma sayı: 1079
— 05.06.2018 16:02

Ekologiyaya zərər verən 28 nəfər cəzalandırılıb

KepezTV Player

10 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi tərəfindən 5 ay ərzində ekoloji tarazlığı pozan və ətraf mühitə ziyan vuran 28 nəfər inzibati qaydada cəzalandırılıb.  Təbiətə dəyən ziyan 29 min 700 manat məbləğində hesablanıb. Bundan 7600 manat könüllü ödənilib, 2730 manat ödənilməsi üçün məhkəmə orqanlarına, digər 4 iş üzrə 6000 manatlıq cərimə cinayət tərkibi yaratdığından prokurorluğa göndərilib. 14 iş polis orqanlarına ünvanlandırılıb. Ətraf Mühitin Mühafizəsi üzrə Dövlət Fonduna fiziki və hüquqi şəxslər tərəfindən ödənilməli olan 15 min 700 manatdan, 10 min 700 manatının ödənilməsi reallaşdırılıb. Yay mövsümündə ətraf mühitin, xüsusən də yaşıllaqların qorunmasına daha ciddi nəzarət olunacaq.

Mahir Daşdəmirov 10 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin sektor müdiri: Mövsümlə əlaqədar olaraq bir başa nazirlikdə sutkalıq növbətçilik sistemi yaradılıb və daxil olan şikayətlər nazirlik tərəfindən aidiyəti şöbələrə  göndərilir və araşdırılması davam etdirilir. Bununla belə şöbəmiz tərəfindən bütün sahələri əhatə etməklə monitorinqlər aparılır ki, ətraf mühitin sağlamlaşdırılması üçün hansı tədbirlər aparıla bilər.