Kəlbəcər rayon Mərkəzləşmiş Kitabxana Sisteminə 1500-ə yaxın yeni nəşrlər gətirilib. Müxtəlif mövzuları əhatə edən bu kitablar artıq oxucuların ixtiyarındadır.
Ölkə prezidentinin sərəncamı ilə latın qrafikalı nəşr olunan 97 adda klassik, dünya və müasir Azərbaycan ədəbiyyatından 426 nüsxə kitab Kəlbəcər rayon Mərkəzləşmiş Kitabxana Sisteminin 79 filialına təhvil verilib. Eləcə də Mədəniyyət Nazirliyinin kitabxanaya hədiyyə etdiyi 72 adda 324 kitabı da filialların kitab rəflərinə yığılıb. Balaca oxucular üçün 2 adda 100-ə yaxın nağıllar, eləcə də Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən göndərilən 200 nüsxə milli ensklopediya da kitabxanaya hədiyyə edilib.
Şaiq Cabbarov oxucu:“Klassik və müasir kitabları oxuyuram. Ən çox Kəlbəcərli olduğum üçün şerə üstünlük verirəm. Həmişədə bura yaxşı yeni kitablar, yeni nəşrlər gətirilir. Mənidə bir oxucu kimi qane edir”
Arzu Bəşirova oxucu: “Mən universtet tələbəsiyəm. Burada gəlib istədiyim ixtisasıma uyxun kitabları tapıram. Kitabxanadan çox razıyam”.
Gətirilən kitablar oxucu sayına da təsir edib. İlin əvvəlindən indiyə kimi kitabxana a 4500-ə yaxın oxucu qeydiyyata alınıb ki, bu da ötən illin müvafiq dövrü ilə müqayisədə 100 nəfər çoxdur.
Sadiqə Quliyeva Kəlbəcər Rayon Mərkəzləşmiş Kitabxana Sisteminin direktoru: “Bir çox tədbirlər keçiririk, sərgilər təşkil edirik ki, oxucuların marağı kitabxanaya artsın, oxucu səviyyəsi yüksəlsin. Ən çox da oxucularımızın böyük əksəriyyəti kiçik yaşlı oxuculardı. Bağçalar, məktəblərə kitab sərgiləri aparılır və orada da oxucuların kitaba marağı artır, gəliş yüksəlir. Dünya ədəbiyyatı, müasir ədəbiyyat, yerli Kəlbəcər yazarları tərəfindən verilən kitabların hamısı oxucuların ixtiyarındadır. YUNESKO-nun Azərbaycan komitəsinin sədri Kəlbəcər kitabxanalarının fəaliyyətini yüksək qiymətləndirərək kitabxanamıza təşəkkürnamə də göndərib”.
Kəlbəcər Kitabxanasının 103 minə yaxın kitab fondu var. Onlardan da 493 nüsxə elektron kitab kimi oxucuların ixtiyarındadır.
Elnur Vahidoğlu
- Baxış: 527