• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1617
— 05.06.2018 16:30

Prezident İlham Əliyev Goranboy və Naftalanda bəzi sosial obyektlərin açılışını edib

KepezTV Player

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Goranboy rayonuna səfəri çərçivəsində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. Prezident Dəliməmmədli-Quşçular-Fəxralı-Qurbanzadə-Alpout avtomobil yolunun açılışında iştirak edib.12 min nəfər əhalinin yaşadığı 5 məntəqəni birləşdirən yolun ümumi uzunluğu 14 kilometr, hərəkət hissəsinin eni isə 6 metrdir. Dövlət başçısı“Region Agro” Məhdud Məsuliyyətli Cəmiyyətinin, “Dəliməmmədli” yarımstansiyasının, həmçinin Dəliməmmədli-Muzdurlar-Qırıqlı avtomobil yolunun yenidənqurma və bərpadan sonra açılışını edib. Səfər zamanı Bayraq Muzeyinin, Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının ikinci növbəsinin İpək yolu ilə kəsişmə qurğusunun və ondan sonrakı 4,95 kilometrlik hissəsinin açılışı olub. Daha sonra Naftalana gedən prezident ümummilli lider Heydər Əliyevin şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, Naftalan Şəhər Mərkəzi Xəstəxanasının açılışında iştirak edib.