• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1006
— 05.06.2018 13:50

6 kq-dan artıq marixuana aşkarlandı

KepezTV Player

Sabunçu Rayon Polis İdarəsi 42-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi, satışı və kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb. Seyfulla Bədəlovun Nardaran qəsəbəsində yerləşən evinin həyətinə hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilən 171 ədəd çətənə kolu və ümumi çəkisi 6 kiloqram 245 qram marixuana aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik tərkibli bitkini özü əkdiyini və həmin çətənə yarpaqlarını yığaraq qurutduğunu bildirib. Faktla bağlı 42-ci Polis Bölməsində toplanan material araşdırılması üçün Sabunçu Rayon Polis İdarəsinə göndərilib.