• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1583
— 05.06.2018 13:45

Yolu keçən gənc qızı maşın vurdu

KepezTV Player

Bakının Binəqədi rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qəza 1-ci Mədən qəsəbəsində qeydə alınıb. Yolu keçmək istəyən 17 yaşlı Aysu Məmmədovanı "Lada Qrand" markalı avtomobil vurub. Qəzadan sonra "Lada"nın sürücüsü avtomobildən düşərək ərazidən uzaqlaşıb. Yaralı təcili yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyənin qənaətbəxş olduğunu bildirilib. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır. Sürücünün axtarışları davam edir.