• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1729
— 04.06.2018 22:08

3 qadın gizlədilən açarı tapıb, oğurluq etdi

KepezTV Player

Zərdabda oğurluq etməkdə şübhəli bilinən qadınlar saxlanılıblar. Oğurlanmış əşyalar onlardan maddi sübut kimi götürülüb.

Yevlax rayon sakinləri-Seyran İsrəfil qızı Nadirova, Xəzəl Əli qızı Bəkirova və bacısı Nazlı İsrəfil qızı Mahmudova qabaqcadan əlbir olaraq Zərdabın Məmmədqasımlı kənd sakini Fuad Eyvazovun evinə soxulublar. Ev sahibinə məxsus pul kisəsində olan 240 manat pul, sandıqdan 5600 manat, 500 Rus rublu, 1600 ABŞ dolları, dəyəri 400 manat olan 1 ədəd boyunbağı və dəyəri 500 manat olan 1 ədəd qızıl üzüyü oğurlayıblar. Zərdab rayon Polis şöbəsinin İstintaq bölməsinin əməliyyat axtarış tədbirləri zamanı hadisəni törətməkdə şübhəli bilinən hər 3 qadın saxlanılaraq istintaqa təhvil verilib. Dəymiş ziyanın miqdarı dəqiqləşdirilir. Faktla bağlı istintaq aparılır.