• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1194
— 04.06.2018 13:19

11 kq-dan artıq narkotik vasitə aşkarlandı

KepezTV Player

Yardımlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. İyunun 2-də Yardımlı RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yardımlı-Masallı yolunun 39-cu kilometrliyində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran şəhər sakini Qadir Əliyev saxlanılıb. Onun əlindəki torbadan ümumilikdə 11 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə - 4064,2 qram heroin, 6023,3 qram tiryək, 943,7 qram həşiş qətranı, 76,25 qram psixatrop maddə olan metamfetamin və digər həblər aşkar edilərək götürülüb. Faktla bağlı Yardımlı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.