• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2311
— 04.06.2018 11:03

BMW-dən ilk elektrikli krossoverini təqdim etdi

Pekində elektrikli BMW iX3 krossoverini ictimaiyyətə göstəriblər. Seriyalı versiya 2020-ci ildə bazara çıxarılacaq. iX3 platformanı standart X3-dən götürüb. Amma elektromobil üçün xüsusi arxa çərçivəaltı işləyib hazırlayıblar və şassinin konstruksiyasına bir qədər dəyişiklik ediblər. Güc sisteminin əsasını eDrive bloku, sürət qutusu və elektron komponentlər, eləcə də yüksək həcmdə enerji saxlaya bilən akkumlyatorlar təşkil edir. BMW iX3 272 at güclü elektromotora malikdir. Batareya həcmi isə 70 kilovatt-saatdan çoxdur. Bir dəfəyə maşın 400 kilometrədək məsafə qət edə bilir. iX3-də ən mühüm fərqlilik bağlı radiator barmaqlığında, şaquli hava qəbuleduculəri olan ön bamper və aerodinamik dizaynlı disklərdədir. Ümumiyyətlə, BMW 2025-ci ilədək hibrid və elektrikli 25 yeni model istehsal etməyi planlaşdırır.