• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2200
— 04.06.2018 11:02

100 dollarlıq Nokia 2.1 təqdim olundu

HMD Global şirkəti Nokia 2.1 smartfonunu təqdim edib. Daha müasir aparat içliyi olan, tutumlu akkumulyator və 2 gün avtonom işləyə bilən bu model ötənilki Nokia 2 qurğusunu əvəz edəcək. Smartfon HD təsvir ölçülü 5,5 düymlük displey, ön stereodinamiklər, 5 meqapiksellik ön və 8 meqapiksellik əsas kamera ilə təchiz edilib. Bundan başqa, yeni smartfon dördnüvəli Qualcomm Snapdragon 425 prosessoru, 1 QB-lıq əməli və 8 QB-lıq daxili fləş yaddaşla təchiz edilib. Akkumulyator batareyasının tutumu 4000 milliamper/saat təşkil edir. 2018-ci ilin iyulundan Nokia 2.1 smartfonunun satışına başlanacaq. Qiyməti 115 dollar təşkil edəcək.