• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1838
— 03.06.2018 02:24

Samuxda avtomobil körpüdən aşıb, sürücü xəsarət alıb

Samux rayonun da avtomobilin körpüdən aşması faktı qeydə alınıb. Hadisə Bakı-Qazax magistral yolunun 344-cü km-nin Samux rayonunun Zazalı kəndi ərazisindən keçən  hissəsində baş verib.  Gəncədən paytaxt Bakı  istiqamətində hərəkətdə olan “Leksus” markalı avtomobil idarəetmədən çıxaraq magistral yolun üzərindən keçən körpüdən aşıb. Qəza zamanı avtomobiln sürücüsü  Goranboy rayonunun Muzdular kənd sakini 30 yaşlı Elşad Cəfərov müxtəlif bədən xəsarətləri alıb. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdı. Faktla bağlı araşdırma aparılır.

Məharət Kərimov həkim – “İlkin diaqnoz olaraq xəstəyə təpə nahiyyəsinin böyük ölçülü əzilmiş çapılmış yarası, döş qəfəsinin əzniyi qarnın küt travmatik diaqnozu quyulub. Xəstəyə hazırda travmatoloji müayinələr təyin edilib.”

Elnur Vahidoğlu