• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1904
— 02.06.2018 16:36

Yeni inşa olunan Gəncə beynəlxalq avtovağzalına pasport verilib

KepezTV Player

Bölgələrdə əhaliyə xidmət göstərən bəzi avtovağzallara fəaliyyətlərini qanuni şəkildə davam etdirmək üçün pasportlar verilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən pasportlaşdırılan avtovağzallar arasında Gəncə Beynəlxalq Avtovağzalı da yer alıb. Nazirlər Kabinetinin 2009-cu il 5 fevral tarixli 22 nömrəli qərarı ilə təsdiq edilən avtovağzal və avtostansiya haqqında əsasnaməyə uyğun olaraq hər bir avtovağzalın fəaliyyət kateqoriyasına uyğun rəsmi pasportu olmalıdır. Təmir bərpa işləri ilə tamilə   yenidən qurulan Gəncə Beynəlxalq Avtovağzalından daxili reyslərlə yanaşı beynəlxalq reyslər də həyata keçirilir.

Akif Ələkbərov dispetçer: Hal-hazırda Gürcüstan və Rusiyanın bir neçə şəhərlərinə reyslərimiz fəaliyyət göstərir. Gələcəkdə isə Türkiyə və İran İslam Respublikasına marşurutlarımız işləyəcək. Gün ərzində 80 daxili istiqamət üzrə 160 reys olmaqla maşınlarımız işləyir.

Elmar Mustafayev sərnişin: Özüm Qax rayonundanam. Gəncədə tələbəyəm. Gəncə avtovağzalı həqiqətəndə çox gözəl inşa olunub. Çox təmiz və səliqəlidir. Mən tez-tez istifadə edirəm. Həqiqətəndə sərnişinlər üçün yaxşı şərait var burda. 

Alim Heydərov sərnişin:  Mən Bakı şəhərindənəm. Gəncə avtovağzalı çox əladır. Burada universitetdə oxuyuram. Mütəmadi gedib-gəlirəm, çox rahatdır.