• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1229
— 02.06.2018 16:33

Şəmkirdə Azərbaycan və Türkiyə dövlət himnlərinin yazarları yad edilib

KepezTV Player

Şəmkirdə VIII Beynəlxalq Şairlər Günü çərçivəsində Əhməd Cavad və Mehmet Akif Ersoyun xatirəsinə həsr edilən tədbir keçirilib. Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyinin nümayəndələrinin də qatıldığı tədbir rayondakı İstiqlal parkı ilə tanışlıqla başlayıb. Dövlət himnimizin müəllifləri Əhməd Cavadın və bəstəkar Uzeyir Hacıbəyovun abidələri ziyarət olunub. Heydər Əliyev mərkəzində keçirilən tədbirdə Əhməd Cavadın həyat və fəaliyyəti, zəngin yaradıcılığı haqqında söhbət açılıb, onun mübarizə dolu ömür yolundan danışılıb. 1892-ci il mayın 5-də Şəmkirin Seyfəli kəndində anadan olan şairin Gəncə ruhani seminariyasında və Azərbaycan Ali Pedaqoji İnstitutunun tarix və filologiya fakültəsində təhsil aldığına diqqət çəkilib. 45 il həyat sürən, Azərbaycanı müstəqil, doğma xalqını xoşbəxt görmək istəyən Əhməd Cavadın haqsız olaraq həbs edildiyi, dəhşətli işgəncələrə məruz qaldığı və represiya qurbanı olduğu bildirilib. Onun müxtəlif mövzularda qələmə aldığı şeirləri bu gün də sevilərək dinlənilir. Türkiyəli yazarlar da öz növbələrində dövlət himnlərinin müəllifi olan Mehmet Akif Ersoyun həyat və yaradıcılığı barədə ətraflı məlumat veriblər.  Tədbirdə məktəblilər Əhməd Cavadın şeirlərini oxuyub, əsərlərinə  bəstələnən mahnıları səsləndirilib.

Mehmet Nuri Parmaksız Elm və Ədəbi Əsər Sahibləri Birliyinin sədri: Çox sevinirik ki biz bu gün Şəmkirdə həm Azərbaycanın Dövlət himinin yazan şair Əhməd Cavadı və Türkiyə Dövlət Himinini yazan Mehmet Akif Ersoyu bir araya gətirib yad edirik. Qaradşalığı birlik və bərabərliyin gözəlliyi budur.

Natiq Hüseyn