Yerli və xarici mütəxəssislər Naftalan neftinin yenidən tədqiqini müzakirə etmək üçün bir araya gəlib. Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə Naftalanda baş tutan elmi-praktiki konfrans müalicəvi əhəmiyyət daşıyan neftin yeni tətbiq sahələrini üzə çıxarmağa imkan verəcək.
Bir sıra xəstəliklərin müalicəsində istifadə edilən Naftalan neftinin tərkibinin öyrənilməsinə ötən əsrin 50-ci illərindən başlanılıb. Naftalana toplaşan 4 dövlətin alim, həkim və mütəxəsisləri müalicəliviliyinin artırılmasını öyrənməyə çalışır.
Əhliman Əmiraslanov AMEA-nın Bialogiya və Tibb Elmləri Bölməsinin akademiki-katibi, akademik: “Naftalanın istər tərkibinin, onun tərkibində olan fraqmentlərin, onun insan orqanizmində təsiri, bu və ya digər xəstəliklərdə onun əhəmiyyətini öyrənmək üçün molekular bialogiya səviyəsində tətqiqatlar aparılmalıdır. Bu konfransın digər bir məqsədi də Naftalanın dünyadan gəlmiş bu və ya digər mütəxəsislərə tanıtmasıdır. Hansı xəstəliklərdə müalicə olunmasında bir daha dəqiqləşdirmək və gələcəkdə bu ölkələrdən Naftalana, ölkəmizə tibbi turizmi təşkil etmək.”
Aparılan tədqiqatların nəticəsi möcüzəvi sayılan bu neftin daha hansı xətəliklər zamanı istifadəsinə də imkan verəcək. Eləcə də tibbi turizmin inkişafı və xaricilərin Naftalana axınının artması baxımından da imkanları artıracaq.
Teador Ştofira Çexiyanın müalicə sanatoriyasının baş meneceri: “Mənim işim turizm zonalarında görülən işlərin keyfiyyətini yoxlamaqdır. Burada olma səbəbim isə bu günə qədər şahidi olmadığım Naftalan neftidir. Psarioz və digər dəri xəstəliklərinin müalicəsində istifadə oluanan Naftalan nefti haqqında Avropada heç kim heç nə bilmir. Naftalanın Azərbaycanın qızılı olduğunu, biz elm işçiləri və rəsmi şəxslərlə birgə bütün dünyaya tanıtmaq həmçinin Naftalan məhsullarının da Avropa bazarlarına çıxmasını istəyirik.
Ulduz Həşımova AMEA-nın Fiziologiya İnstitutunun direktoru: “Naftalanın istifadəsində maraqlı olan tərəfləri bir yerə gətirmək, beynələxalq təcrübəni öyrənmək, təbii resusrsların istifadəsinə əsaslanan tibbi xidmətlərin bu gün hansı səviyyədə təqdim olunması haqqında məlumatları genişləndirmək bütün bunlar bu günkü konfransın əsas vəzifələrindən biridir”.
Diskusiya şəklində davam edən konfrans da həmçinin neft sahəsində tədqiqatlar aparan gənc mütəxəsislərin də Naftalan neftinin tədqiqə cəlb edilməsinin vacibliyi vurğulanıb.
Elnur Vahidoğlu
- Baxış: 837