• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1409
— 01.06.2018 13:28

Şəmkirdə mal-qara oğurlayan ər-arvad saxlanıldı

KepezTV Player

Şəmkir sakini həyat yoldaşını da oğurluğa sövq edərək, həmyerlisinin mal-qarasına qənim kəsilib. Ancaq onlar bu istəyi sonadək reallaşdıra bilməyiblər. Ərlə arvad günün günorta çağı oğurladığı iribuynuzlu heyvanları ətraf rayonlardan birinə apararkən, polislər tərəfindən saxlanılıblar.

Şəmkir rayon polis şöbəsinə rayon sakini Kəramət Musayevə məxsus 4 baş iribuynuzlu heyvanın oğurlanması barədə müraciət daxil olub. Dərhal əməliyyat axtarış tədbirlərinə başlayan polis əməkdaşları müəyyən ediblər ki, mal-qaranı Seyfəli kənd sakini əvvəllər məhkum olunmuş Alim Mustafayev və onun həyat yoldaşı Goranboy sakini Natiqə Orucova oğurlayıb.

Yunis Quliyev - müstəntiq 27 may 2018 ci il tarixdə Kəramət Musayevə məxsus fermçadan 4 baş iribuynuzlu heyvanları oğurlayıb Goranboy rayonuna aparmaq istəmişlər. Şəmkir rayon Polis Şöbəsi Cinayət Axtarış Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Alim Mustafayev Samux rayonu ərazisində saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırmalara zamanı aydın olub ki, Alim Mustafayev həyat yoldaşı ilə birlikdə həmyerlisinə məxsus mal-qaranı satış məqsədi ilə oğurlayıb. Onlar bu minvalla oğurluq heyvanları Şəmkirin Abbaslı kəndindən Samux rayonunun Zazalı kəndindək aparıblar. Amma yolları çox uzana bilməyib. Polis ər-arvadın arzusunu yarım qoyub.

Alim Mustafayev - saxlanılan şəxs Yoldaşım Natiqə Orucova ilə yatağa gəldik. Özüm o yataqda işləyirəm. Heyvanlar çöldə idi. 3 heyvan götürüb çıxdıq. Zazalı postunun yanında tutuldu əlimdə.

Hazırda fakt üzrə istintaq araşdırmalar davam etdirilir. İstintaqın yekununda ərlə arvadın əməlinə hüquqi qiymət veriləcək.

 

Natiq Hüseyn