Yığmamız sentyabrda Bakıda reallaşacaq dünya çemponatı öncəsi yerli olimpiya idman kompleksində 3 həftədən çox hazırlıq keçib. Fransa və Türkiyə komandaları ilə birgə məşq edən millimiz gündə iki dəfə olmaqla fiziki, taktiki və texniki hazırlıq üzərində işləyib. Bu toplanışdan sonra yığma komandamız Asiyaya yollanacaq. Belə ki, tatami ustalarımız Cənubi Koreya və cüdonun vətəni sayılan Yaponiyada 20 günlük təlim-məşq toplanışında olacaqlar.
Rüstəm Orucov - yığma komandanın üzvü – “Dünya çempionatı bu il Bakıda olacaq. Buna görə ciddi hazırlıq gedir. Ötən ilki dünya çempionatında qalib ola bilərdim. Həmin yarışda kiçik bir texniki səhvim olmuşdu. Bu il arzu edirəm ki, çempion olaram. Dünya çempionatında əsas rəqiblərim Yaponiya, Korea və Ermənistan idmançısıdır. Erməni cüdoçu yeni Avropa çempionu olub.”
Elxan Məmmədov - yığma komandanın üzvü – “Yığma komandanın məşqçiləri məhz Göygölü seçdilər. Bu da təsadüfi deyil. Çünki bura Azərbaycanın gözəl güşələrindən biridir. Məşqlərimiz davam edir. Hər gün tatamidə güləş və səhərlər fiziki hazırlığımız olur. Əsas odur ki, problemlərdən qıraqda məşqlərimiz davam edir.”
Nicat Şıxəlizadə - yığma komandanın üzvü – “Toplanışda Türkiyə və Fransa komandaları da bizimlə birlikdə məşq edirlər. Bu da onun göstəricisidir ki, Azərbaycan komandası dünya miqyasında öz sözünü demiş millidir və hər bir yığma can atır ki, bizimlə birgə hazırlıq keçsin. Təlim-məşq toplanışından sonra dünya çempionatı qabağı sınaq yarışları olacaq. Ümidvaram ki, komandamız mundialda layiqincə nəticə göstərəcək.”
Orxan Cəfərzadə
- Baxış: 1264