• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1559
— 01.06.2018 14:51

Gəncədə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram şənliyi təşkil edilib

KepezTV Player

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə balacaların görüşünə cizgi filmi qəhrəmanları, sehrbazlar, klounlar da gəlib. O ki var əylənən və göstərilən sehrləri maraqla izləyən balacalar bir birindən maraqlı səhnələrə şahidlik ediblər. Xüsusilə də cizgi filmi qəhrəmanlarının təqdim etdikləri nömrələrə diqqətlə tamaşa edən uşaqlar onların hərəkətlərini də təkrarlayıblar. Bayram günündə onlarada yaradılan şəraitdən maksimum yararalananlar əylənməklə yanaşı bacarıqlarını nümayiş etdirərək, rəqs edib, mahnı oxuyublar, şerlər söyləyiblər. Sonda təqdim edilən zər yağışı isə balacaların sevincinə səbəb olub.