• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1967
— 01.06.2018 14:44

Şəmkir, Samux və Gögöldə uşaqlar günu qeyd olunub

KepezTV Player

Bölgələrdə də 1 iyun uşaqların Beynəlxalq müdafiəsi günü qeyd olunub.  Uşaqların əylənməsi, vaxtını mənalı keçirməsi üçün Şəmkir, Samux və Göygöldə maraqlı viktorinalar təşkil olunub.

Balacaların əl işlərindən ibarət sərgi, yaradılan uşaq kitabxanası və digər maraqlı güşələr Şəmkirdə uşaq festivalında izlənilən mənzərədir. Rayondakı istirahət parkında uşaqların bayramı əyləncəli keçirməsi, yaxşıca istirahəti təmin edilib. Rayon əhalisindən təxminən 47 mini uşaqdır ki, onlardan da 3 mini uşaq bağçalarında tərbiyə alır. Məktəbəqədər hazırlığın müasir tələblər səviyyəsində olması üçün yerli büdcə hesabına rayon mərkəzində və Dəllər qəsəbəsində 3 körpələr evi-uşaq bağçasının binası yenilənib. Hazırda Şəmkir şəhərində 100 yerlik körpələr evi uşaq bağçasını inşası eləcə də Kür qəsəbəsində uşaq bağçasının müasirləşdirilməsi istiqamətində tədbirlər görülür və yaxın vaxtlarda balacaların ixtiyarına veriləcək. Bayram tədbirində fəallığı və bacarığı ilə seçilən uşaqlara gənc liderlər mükafatı təqdim olunub.

Uşaqların Beynəlxalq Müdafiəsi Günü Samux rayonunda Xüsusi bəzədilən istirahət parkında təşkil olunub. Aztəminatlı və imtiyazlı ailələrin övladları, eləcə də xüsusi qayğıya ehtiyacı olan uşaqlar da diqqət mərkəzində olub. Rayondakı 18 məktəbəqədər müəssisəsinin balacalarının çıxışları da bayram tədbirinə əlavə çalarlar qatıb. Ötən il Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan 2 körpələr evi balacaların hərtərəfli inkişafına xidmət edir. Bundan başqa əsaslı şəkildə yenidən qurulan və müasir avadanlıqlarla təchiz olunan şəhər 1 və 3 saylı, eləcə də Albaşlı qəsəbə və Əhmədbəyli kənd uşaq bağçaları da günün tələblərinə tam cavab verir. Bu il daha bir neçə kənddə mövcud tərbiyyə müəssisələrinin müasir tələblər səviyyəsinə çatdırılması planlaşdırılır. Bayram tədbirində ifası, rəqsləri və şeirləri ilə fərqlənənlərə hədiyyələr təqdim olunub.

Göygöl rayonundakı istirahət parkında da Uşaqların bayramı şənliklə yadda qalıb. Bağça uşaqlarının və məktəblilərin əl işlərindən ibarət rəsm sərgisi iştirakçılar tərəfindən maraqla qarşılanıb. Bayram tədbirində çıxış edənlər balacaları təbrik edib, ölkəmizdə uşaqlara göstərilən dövlət qayğısından danışıb. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın irəli sürdüyü təşəbbüslərin və görülən işlərin ictimaiyyət tərəfindən rəğbətlə qarşılandığı önə çəkilib. Fondun təşəbbüsü ilə ötən il rayonda daha bir tərbiyyə müəssisənin istifadəyə verilməsi sözügedən qayğının təzahürü kimi qiymətləndirilib.  Ölkəmizdə uşaqların hərtərəfli inkişafı, keyfiyyətli təhsil və yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin olunmaları istiqamətində önəmli layihələr həyata keçirilir. Tədbir şən mahnı və rəqslərlə davam edib.