• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 930
— 01.06.2018 13:26

Keçmiş məhkum yenə eyni əmələ görə tutuldu

KepezTV Player

Zaqatalada narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs həbs edilib.Zaqatala rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri əməliyyat-axtarış tədbiri zamanı rayon sakini Nail Hüseynov şübhəli şəxs qismində saxlanılıb. Hal şahidlərinin iştirakı ilə onun üzərinə baxış keçirilib. 1,9 qram narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar olunaraq götürülüb. Nail Hüseynovun yaşadığı evə baxış zamanı isə 115 qram qurudulmuş marixuana aşkarlanıb. Hüseynov əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkumluq həyatı yaşayıb.Faktla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır.