• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 979
— 01.06.2018 13:20

Mişarla işləyən oğlan barmaqlarını doğradı

KepezTV Player

Oğuzda bədbəxt hadisə baş verib.Rayonun Bayan kənd sakini, 19 yaşlı İdris Abbasov sol əlin 1-ci, 2-ci və 3-cü barmaqlarının kəsilməsi xəsarəti ilə Oğuz Mərkəzi Rayon Xəstəxanasına daxil olub. Məlumata görə, o, rayon mərkəzində fəaliyyət göstərən dülgər sexində elektrik mişarı ilə iş görən zaman ehtiyatsızlıqdan barmaqlarını kəsib. İdris Abbasovun baş barmağı tam üzüldüyündən müayinə və müalicəsini davam etdirmək üçün valideynlərinin istəyi ilə bu gün səhər saatlarında Bakı şəhərindəki xəstəxanalardan birinə aparılıb.