• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2288
— 01.06.2018 11:03

İdman kupe BMW M2, M4-dən motor mənimsədi

BMW idman kupe M2 Competition avtomobilini nümayiş elətdirib. O, markanın adi “Em-iki” modelinin yerini tutacaq. Yenilik M3/M4-dən motor və U formalı karbon lif materialından elektronla idarə olunan kapot mənimsəyib. BMW M2 Competition-ın əsasını alüminium və sərt platforma təşkil edir. Arxa asma 5 linglidir və alüminiumdandır. Maşın 3litrlik tvin-turbo mühərriklə şütüyür. At gücü isə 410-a bərabərdir. Transmissiya isə 6 pilləli mexaniki ya da 7 pilləli robotlaşdırılmış sürət qutusu ola bilər. 0-dan ilk “yüzü” iki qapılı 4,2 saniyəyə yığır. Maksimal sürətsə 250 km/saata çatır. Adi M2-dən fərq ondadır ki, yenisində parlaq qara radiator barmaqlığı, fərqli formada yan güzgülər, iri haqəbulediciləri olan ön bamperlər və adaptiv işıq diodları var. BMW M2 Competition-ın salonunda gediş rejimini dəyişən düymələr, motoru işə salam qırmızı düymə, rəqəmsal alətlər paneli və dekorativ işləmələr peyda olub.