• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1533
— 31.05.2018 21:51

Qanunsuz silah alqı-satqısında şübhəli bilinən şəxslər saxlanıldılar

KepezTV Player

Göygöl Rayon PŞ-nin əməkdaşları qanunsuz silah alqı-satqısında şübhəli bilinən şəxsləri saxlayıblar. Araşdırmalar zamanı məlum olub ki, Şəmkir rayonu Yuxarı Çaykənd sakini 23 yaşlı Qədim Abdullayev 2 il öncə meşədən AKMS markalı avtomat silah tapıb və onu rayonun Aşağı Çaykənd sakini Elgin Əsədova 650 manat müqabilində satıb. Lakin alış-verişdə Qədim Elginlə şərt kəsib ki, nə vaxtsa, silaha daha çox pul verən müştəri tapsa, pulunu ödəmək şərti ilə, ondan alıb, satacaq. Gözlənilən an gerçəyə çevriləndə isə, Elgin Məmmədov silahı daha baha qiymətə satacağı gümanı ilə Göygöl rayonunun Balçılı kəndi ərazisinə gətirib və elə orada polis əməkdaşları tərəfindən yaxalanıb.

Baş vermiş hadisə ilə əlaqədar CM-nin 228.1-ci maddəsi ilə cinayət işi açılıb, istintaq tədbirləri davam etdirilir.