• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1399
— 31.05.2018 21:51

Anasının qəbrini ziyarət edən gənci ildırım vurdu

KepezTV Player

Masallı rayonunda 27 yaşlı gənc bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Mollaoba kənd sakini Fərid Həsənov əmisi, Bakı şəhər sakini, 56 yalı Elsəvər Həsənovla birgə 4 gün əvvəl dünyasını dəyişən anasının məzarını ziyarət etməyə gedib.Qəbiristanlıqda telefonla danışan Fəridi ildırım vurub. Gənc ətrafdakıların köməkliyi ilə Boradigah qəsəbə xəstəxanasına aparılsa da, onu xilas etmək mümkün olmayıb. Yüngül xəsarətlər alan Elsevər Həsənov isə tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.