• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2313
— 31.05.2018 16:56

Cüdo üzrə Türkiyə millisi Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışında olub

KepezTV Player

18 nəfərlik heyətlə hazırlığa qatılan ay-ulduzlular Azərbaycan və Fransa komandalarıyla birgə məşq ediblər. Qardaş ölkə yığmasının məşqçilər korpusu Göygöldəki toplanışda böyüklərlə yanaşı gəncləri də yoxlayıblar. Avropa çempionatından sonra ilk dəfə hazırlığa qatılan türklər digər  komandalar kimi əsasən fiziki, taktiki və texniki məşqlərə üstünlük veriblər.

Bilal Çiloğlu – türkiyəli cüdoçu: “Bura şəhərdən kənarda yaxşı bir kompleksdir. Buna görə də idmançıların diqqəti yalnız məşqlərə yönəlir. Toplanışda cüdoçular hazırlıq ab-havasında olduğundan təlim-məşq prosesi yüksək səviyyədə keçdi. Bizi bura dəvət etdikləri üçün Azərbaycana təşəkkür edirik. Qarşıdakı yarışlardan əvvəl birlikdə yaxşı hazırlıq keçdik. Hər şey çox gözəliydi.”

İrakli Uznadze – Türkiyə yığma komandasının baş məşqçisi : “Toplanış yaxşı vəziyyətdə gedir. Yerli şərait çox yaxşıdır. Biz bura Azərbaycan yığma ilə birgə məşq etməyə gəlmişik. Çünki ölkənizin güclü komandası var. Arzu edirəm ki, cüdoçularınız sentyabrda Bakıda, evdə keçiriləcək dünya çempionatında uğurla çıxış etsinlər. Belə məşq prosesi tatami ustalarının yüksək səviyyədə hazırlaşmasına kömək edir. Düşünürəm ki, Azərbaycanda keçdiyimiz təlim-məşq toplanışı bizim cüdoçuların gələcək yarışlarda çıxışına müsbət təsir edəcək.”

ORXAN CƏFƏRZADƏ