• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1307
— 30.05.2018 23:13

Yeniyetməni avtomobil vurdu

 Şəmkirin Çənlibel kəndində "VAZ 2107" markalı avtomobil piyadanı vurub. Sürücü hadisə yerindən qaçıb. 17 yaşlı Rəşad Vəliyev isə müxtəlif dərəcəli bədən xəsarətlərilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına, daha sonra Gəncədəki özəl tibb müəssisələrindən birinə aparılıb. Məsuliyyətdən qaçan sükan sahibi Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi axtarış tədbiri ilə Gədəbəy rayon Xarxar kəndində yaxalanaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır.