• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 733
— 30.05.2018 14:51

Spartakiadanın qalibləri mükafatlandırıldı

KepezTV Player

Gəncə şəhər Gənclər Evində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci il dönümünə hərs olunan spartakiadanın qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Yarışlarda müxtəlif idman növləri üzrə 12 ali və orta ixtisas məktəbininin komandası iştirak edib. Tədbirə şəhərin idman ictimaiyyətinin nümayəndələri qatılıb. Mərasimdə həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyə həsr olunmuş voleybol yarışında və ötən ay beynəlxalq eləcə də respublika səviyyəli turnirlərdə medal qazanan idmançılar da yer alıblar. Gənclər və İdman Baş İdarəsi tərəfindən fəxri kürsüyə yüksələn bütün idmançılar fəxri fərman və hədiyyələrlə mükafatlandırılıb. Yarışların işıqlandırılmasında fəal iştirak edən ARB-Kəpəz televiziyasının əməkdaşları da təltif edilənlər sırasında olublar.

Müşviq Cəfərov – Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi – “Bu bir ənənədir. Bütün yarışlar başa çatdıqdan sonra Gənclər və İdman Baş İdarəsi olaraq nailliyyət əldə edən idmançıları həvəsləndirmək üçün belə mərasimlər təşkil edirik. Bu cür tədbirlər də onlara daha böyük yarışlarda iştirak etmək imkanı verir. Biz bunu mütəmadi olaraq edirik. Hər bir turnirdən sonra yer tutan idmançılara təltifetmə mərasimi keçiririk.”

 

Orxan Cəfərzadə