• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1848
— 30.05.2018 14:45

Texniki baxışdan keçməyən minik avtomobilləri ilə bağlı reydlərə başlanılıb

KepezTV Player

Əsasən Rusiya istehsalı olan nəqliyyat vasitələri hədəf seçilib. Gəncə şəhər Dövlət Yol Polisi Şöbəsi texniki baxışdan keçməyən avtomobillərin sürücülərinə inzibati qaydada protokol tərtib edir. Belə ki, texniki baxışdan təyin edilən müddət ərzində keçməməyə görə fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 300 manat məbləğində cərimə edilir. Keçirilən redy zamanı təhlükəsizlik kəmərindən istifadə etməyən, qadağan oluanan səsgücləndirci vasitələrdən istifadə edən, avtomobilin texniki qurğusuna dəyişiklik edən sürücülər də aşkar olunaraq məsuliyyət cəlb olunublar.

Vasif Rüstəmov – inspektor: “Ətraf mühitin çirkəndirlməməsi baxımından, teniki cəhətdən nasaz olan nəqliyyat vasitələrinin istismarı qanunla qadağan edilir. Bu məqsədlə keçirilən reyd zamanı yol polisi əməkdaşları tərəfindən qanun pozan 10 avtomobil aşkar olunaraq barələrində inzibatı tədbirlər görülüb. Sürücülərin nəzərinə çatdırırq ki, bu kimi reydlər tərəfimizdən davam etdiriləckdir”.

 

Xaliq Qurbanlı