• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2202
— 30.05.2018 14:34

Gəncədə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün tədbir təşkil olunub

KepezTV Player

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı Gəncədə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün tədbir təşkil olunub.  Azərbaycana Birgə Yardım Təşkilatı və şəhər icra hakimiyyətinin dəstəyi ilə keçirilən  tədbirdə balacaların ifasında müxtəlif mövzulu səhnəciklər nümayiş etdirilib, şerlər söylənilib, rəqs kompazisyaları ifa olunub. Azərbaycanda uşaqların yüksək qayğı ilə əhatə olunması, əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması və layiqli vətəndaş kimi formalaşması üçün, eləcə də  uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 2008-ci ildə ölkə prezidenti tərəfindən sərəncam imzalanıb.

Rəzalə Abbasova - UAFA-nın koordinatoru: Bu gün Azərbaycanda uşaqların müdafiəsi demək olar ki, yüksək səviyyədədir. Bizim uşaqlarımız üçün hər cür şərait yaradılmışdır. Onların istirahəti, sağlamlığı, asudə vaxtlarının səmərəli keçirilməsi üçün bütün hallar yaradılıb. Bu gün biz səhnədən bu uşaqlarla çıxış ediriksə, bu uşaqlar öz qabiliyyətlərini nümayiş etdirirsə bu onların müdafiəsi üçün bir nümunə deyilmi.