• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1385
— 30.05.2018 14:38

Dövlət Miqrasiya Xidməti Gəncədə regional konfrans keçirib

KepezTV Player

Dövlət Miqrasiya Xidməti “İnsan hüquqları aylığı” çərçivəsində Gəncədə regional konfrans keçirib. “Vətəndaşlıq məsələləri əsas insan hüuqularından biridir” mövzusunda təşkil edilən tədbirin məqsədi vətəndaşsızlıq hallarının aradan qaldırılması və bu shaədə marifləndirmə işinin gücləndirilməsidir.

Konfransda şəhər İcra Hakimiyyətinin, məhkəmə orqanlarının, polis şöbələrinin pasport və qeydiyyat bölmələrinin səlahiyyətli şəxsləri, bələdiyyə üzvləri və inzibati ərazi dairəsi üzrə nümayədələr, təhsil işçiləri, içtimayyət təmsilçiləri, əcnəbilər, eləcədə vətəndaşlığı olmayan şəxslər iştirak ediblər. Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq məsələləri baş idarəsinin rəisi Rza Talıbov Xidmətin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Son illər ölkədə insan hüquqlarının müdafiəsinin möhkəmləndirilməsi məqsədilə həyata keçirilən tədbirlərdən danışıb. Insan hüquq və azadlılqrının təminatının dövlət siyasətinin ali prinsiplərindən biri olduğuna diqqət çəkilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən siyasətin məhz hər bir ölkə vətəndaşının hüquqlarının müdafiəsinə yönəldiyi vurğulanıb.  

Rza Talıbov - Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq Məsələləri Baş İdarəsinin rəisi: Bu günədək 2200-dən artıq Azərbaycan Respublikasının vətəndaşlığına Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə qəbul olunub. 105 mindən çox şəxsin Azərbaycan Respublikasında mənsubiyyəti tanınıb. 200 dən çox şəxsin şəxsiyyəti tanındıqdan sonra şəxsiyyət vəsiqəsi və pasportlarla  təmin olunması ilə bu işlər aparılıb. Bu gündən sonrada bu istiqamətdə tədbirlərimiz davam edir.

Konfransda Gəncə Regional Miqrasiya İdarəsinin xidməti ərazisinndə vətəndaşsızlıq vəziyyətində olan şəxslərin və qanunsuz yaşayan əcnəbilərin sənədləşdirilməsi üçün yerli icra orqanları ilə əməkdaşlığın vacibliyi vurğulanıb. Tədbir çərçivəsində vətəndaşsızlıq halında olan 6 şəxsə vətəndaşlıq verilməsi üçün sənədləri qəbul olunub, 4 nəfərə isə vətəndaşlığa qəbul üçün hazırlanacaq sənədlərin siyahısı verilib. 

 

Natiq Hüseyn