• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1286
— 30.05.2018 13:13

Fermada yanğın oldu, ot bağlamaları kül oldu

KepezTV Player

İsmayıllı rayonunun Qubaxəlilli kəndində ümumi sahəsi 1100 m² olan fermanın dam örtüyünün yanar konstruksiyaları 300 m² sahədə və çardağına yığılmış 10 ton ot bağlamasının 5 tonu yanıb. Fermanın və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.Həmçinin, Kürdəmir rayonunun Qarabucaq qəsəbəsində fermanın ərazisində 30 ton ot bağlamasının 25 tonu və ümumi sahəsi 440 m² olan fermanın dam örtüyünün yanar konstruksiyaları 30 m² sahədə yanıb. Yanğın söndürülüb.Faktlar araşdırılır.